Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu il Formula 1 mövsümünün təqvimini təsdiq edib.
Corner.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, ənənəvi olaraq, yeni mövsümün ilk Qran-Prisi Avstraliyada olacaq. Melburndakı avtodromda yürüş martın 17-də keçiriləcək. Həmişə olduğu kimi, yekun yürüş dekabrın 1-də Əbu-Dabinin Yas-Marina avtodromunda baş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-dan 28-dək Bakı trasında olacaq.