12 iyul 2026. Bazar günü

Azərbaycan gimnastları dünya ulduzunun təcrübəsindən yararlandılar


  • Offside
  • 22:56 11.07.2026
  • Oxunma sayı: 26
Azərbaycan gimnastları dünya ulduzunun təcrübəsindən yararlandılar

Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri üçün ustad dərsi təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, məşğələni London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, italiyalı gimnast Matteo Morandi keçirib.

Ustad dərsində milli komandanın gimnastları iştirak ediblər. Təlim zamanı Matteo Morandi zəngin beynəlxalq yarış təcrübəsini idmançılarla bölüşərək müxtəlif gimnastika elementlərinin texniki icrası, məşq prosesinin səmərəli təşkili və yarışlara hazırlıq prinsipləri barədə ətraflı məlumat verib.

Məşğələ ərzində iştirakçılar fərdi yanaşmanın əhəmiyyəti, hərəkətlərin düzgün texnikası və yüksək nəticələrin əldə olunması üçün vacib məqamlarla tanış olublar.

Gimnastlar, həmçinin dünya səviyyəli idmançıya onları maraqlandıran sualları ünvanlamaq və onun təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.

 







Offside