26 avqust 2026. Çərşənbə

Ruslan Lunev Avropa Kubokunda növbəti qızıl medalını qazandı


  • Offside
  • 18:16 12.07.2026
  • Oxunma sayı: 102
Ruslan Lunev Avropa Kubokunda növbəti qızıl medalını qazandı

 Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti uğuruna imza atıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli idmançı 25 metr standart tapança növü üzrə yarışda 571 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medala layiq görülüb.

Beləliklə, Ruslan Lunev növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək Azərbaycan yığmasının hesabına daha bir qızıl medal yazdırıb.







Offside