- Offside
- 23:31 12.07.2026
Azərbaycanın qızlardan ibarət 20 yaşadək basketbol üzrə milli komandası FIBA Avropa çempionatının B divizionunda son oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Bolqarıstanın Samokov şəhərində təşkil olunan turnirdə yığmamız İsveçrə seçməsi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 16:15-də başlayan qarşılaşma rəqib komandanın 63:56 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Azərbaycanın U-20 millisi FIBA Avropa çempionatının B divizionunu 11-ci pillədə başa vurub.