13 iyul 2026. Bazar ertəsi

Azərbaycan millisi Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazandı


  • Offside
  • 21:25 12.07.2026
  • Oxunma sayı: 46
Azərbaycan millisi Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazandı

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası Latviyanın paytaxtı Riqada keçirilən 20 yaşadək idmançılar arasında Baltikyanı ölkələrin açıq çempionatını medalla başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, yarışda həm oğlan, həm də qızlardan ibarət komandalarla təmsil olunan Azərbaycan millisinin ən uğurlu nəticəsini oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü əldə edib.

34 komandanın iştirak etdiyi turnirdə uğurlu çıxış edən təmsilçilərimiz üçüncü yer uğrunda görüşdə Latviya yığması ilə üz-üzə gəliblər. Azərbaycan dueti rəqibini 2:1 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Qızların yarışında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütü 27 komanda arasında mübarizə aparıb. Onlar turniri 12-ci pillədə başa vurublar.







Offside