- Offside
- 23:31 12.07.2026
Dünya reytinqinin lideri, italiyalı tennisçi Yannik Sinner Uimbldon turnirinin kişilər arasında keçirilən yarışının qalibi olub.
90deqiqe.Az xəbər verir ki, final görüşündə italiyalı tennisçi dünya reytinqində üçüncü pillədə qərarlaşan Alexander Zverevi məğlub edib.
3 saat 46 dəqiqə davam edən qarşılaşma Sinnerin 6:7 (7:9), 7:6 (7:2), 6:3, 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Görüş ərzində Sinner 15 dəfə birbaşa xal qazandıran ötürmə yerinə yetirib, iki qoşa səhvə yol verib və qazandığı beş qırılma fürsətindən ikisini dəyərləndirib.
Zverev isə 17 dəfə birbaşa xal qazandıran ötürmə ilə fərqlənsə də, iki qoşa səhv edib və əldə etdiyi yeganə qırılma fürsətindən yararlana bilməyib.
Bununla da Yannik Sinner Uimbldon çempionu titulunu qoruyub.
Qeyd edək ki, italiyalı tennisçi ötən ilin finalında ispaniyalı Carlos Alcarazı 4:6, 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edərək çempion olmuşdu.