14 iyul 2026. Çərşənbə axşamı

Azərbaycanın qadın şahmat millisi Olimpiadaya hazırlığı davam etdirir


  • Offside
  • 12:57 13.07.2026
  • Oxunma sayı: 50
Azərbaycanın qadın şahmat millisi Olimpiadaya hazırlığı davam etdirir

Sentyabrın 15-27-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan qadınlardan ibarət Azərbaycan millisi Şabranda təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Şahmat Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesinə komandanın kapitanı Nicat Abasov və məşqçi Qədir Hüseynov rəhbərlik ediblər.

Toplanışın yekununda milli komandanın üzvləri Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi ilə görüş keçiriblər. Federasiyanın prezidenti Mahir Məmmədov şahmatçıların hazırlıq səviyyəsi, olimpiadaya qədərki proqramı və komanda üzvlərinin iştirak edəcəyi beynəlxalq turnirlərlə maraqlanıb.

46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanı Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova təmsil edəcəklər.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək Səmərqənddə təşkil olunacaq.







Offside