- Offside
- 23:18 13.07.2026
Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "Gəncə" növbəti transferini reallaşdırıb.
Klubudan 90deqiqe.Az-a verilən məlumatına görə, bölgə təmsilçisi braziliyalı voleybolçu Ariadne Ramosla müqavilə imzalayıb.
Təcrübəli oyunçu karyerası ərzində Braziliya və Peru çempionatlarında çıxış edib. Onun son klubu isə vətəninin "ASV Hornets" komandası olub.
Qeyd edək ki, "Gəncə" bundan əvvəl Leyla Parşkova, Ellen Luvizetti Lakava, Militsa Vukoviç və Olena Napalkovanı da heyətinə cəlb edib. Klub, eyni zamanda, Mellisa Rangel ilə müqavilənin müddətini uzadıb.