- Offside
- 23:18 13.07.2026
Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Azər İlyasov Litvanın Şaulyay şəhərində keçirilən açıq Litva çempionatını gümüş medalla başa vurub.
Azərbaycan Su İdman Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, hazırda Litvada təlim-məşq toplanışında olan idmançı yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsraildən olan rəqiblərlə mübarizə aparıb.
Azər İlyasov 15 idmançının iştirak etdiyi yarışın yarımfinal mərhələsini uğurla adlayaraq A finalına yüksəlib. Yağışlı və küləkli hava şəraitində keçirilən həlledici yürüşdə təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib.
Azərbaycanlı avarçəkən yalnız ev sahibi Litvanın idmançısına uduzaraq yarışı ikinci pillədə başa vurub və çempionatın gümüş medalına layiq görülüb.