14 iyul 2026. Çərşənbə axşamı

Ronaldonun klubunda maaş problemi yarandı


  • Offside
  • 23:06 13.07.2026
  • Oxunma sayı: 49
Ronaldonun klubunda maaş problemi yarandı

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, əsas komandanın bəzi futbolçuları iyun ayı üzrə maaşlarını tam həcmdə ala bilməyiblər. Klub rəhbərliyi qalan borcun daha sonra ödəniləcəyini planlaşdırır.

Maliyyə problemləri transfer fəaliyyətinə də təsir göstərib. Müqaviləsinin başa çatmasının ardından komandadan ayrılan Marselo Brozoviçin əvəzləyicisinin transferi ilə bağlı "Əl-Nəsr" hələ də rəsmi danışıqlara başlamayıb.

Qeyd edək ki, "Əl-Nəsr" 2026/2027 mövsümündə yeni baş məşqçi Angelos Postekoqlunun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatında, Kral Kubokunda, ölkə Superkubokunda və Asiya Çempionlar Liqasında mübarizə aparacaq.

Xatırladaq ki, "Əl-Nəsr" Səudiyyə Ərəbistanının son ölkə çempionudur.







Offside