15 iyul 2026. Çərşənbə

"Həbsdə olanda daha xoşbəxt idim"


  • Offside
  • 22:51 14.07.2026
  • Oxunma sayı: 38
"Həbsdə olanda daha xoşbəxt idim"

Braziliyalı sabiq futbolçu Dani Alveş həbsdə keçirdiyi müddətin onun həyata baxışını tamamilə dəyişdirdiyini bildirib.

90deqiqe.Az-ın “derbyderbyderby.it”ə istinadən məlumatına görə, onun sözlərinə görə, bu dövr həyatını yenidən dəyərləndirməsinə səbəb olub. Alveş hazırda dini təbliğatla məşğul olduğunu və maddi imkanların insan üçün əsas meyar olmadığını düşünür.

"Mən milyonlarla avro qazanırdım və bütün bunlar Tanrının sayəsində idi, baxmayaraq ki, Onu görməmişdim. Amma həbsdə olarkən cəmi 113 avro qazanırdım və buna baxmayaraq, özümü daha xoşbəxt hiss edirdim", – deyə Dani Alveş bildirib.

Xatırladaq ki, "Barselona", "Sevilya" və "Yuventus"un sabiq futbolçusu Dani Alveş 2023-cü ildə zorlama ittihamı ilə həbs edilmişdi.







Offside