- Offside
- 22:51 14.07.2026
Avqustun 8-də Mingəçevirdə açıq suda ənənəvi kütləvi üzmə yarışı - "Kürü keçək?! 5" təşkil olunacaq.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, yarış nazirlik, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Beşinci dəfə baş tutacaq yarış Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında təşkil ediləcək.
Turnirdə ölkənin bütün şəhər və rayonlarından üzmək bacarığına malik, yaşı 12 və daha yuxarı olan şəxslər iştirak edə bilərlər.
"Kürü keçək?! 5" yarışı 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70 yaşdan yuxarı olmaqla altı yaş kateqoriyası üzrə keçiriləcək.