- Offside
- 22:51 14.07.2026
Azərbaycan Basketbol Federasiyası (ABF) gənc hakimlərin hazırlığı istiqamətində növbəti maarifləndirici tədbir təşkil edib.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, iki gün davam edən təlim-seminar ABF Hakimlər Kollegiyasının sədri, FIBA-nın milli təlimçisi Ələkbər Həsənovun rəhbərliyi ilə keçirilib.
Seminarda ümumilikdə 22 nəfər iştirak edib. Onlardan 15-i hakimlik fəaliyyətinə yeni başlayan gənclər olub.
Təlim proqramı çərçivəsində iştirakçılara basketbol qaydaları, ikili hakimlik mexanikası və oyun idarəçiliyinin əsas prinsipləri barədə nəzəri biliklər təqdim olunub. Bununla yanaşı, gənc hakimlər fiziki hazırlıq testindən də keçiblər.
Bildirilib ki, seminarın əsas məqsədi qarşıdakı mövsümlərdə Uşaq Gənclər Basketbol Liqasına daha çox gənc hakimin cəlb edilməsidir.
Qeyd edək ki, sentyabrda keçiriləcək mövsümöncəsi seminarda testləri uğurla başa vuran iştirakçılar Uşaq Gənclər Basketbol Liqasının oyunlarını idarə etmək imkanı əldə edəcəklər.