15 iyul 2026. Çərşənbə

Azərbaycan kamandan oxatanları Avropa çempionatına yollanırlar


  • Offside
  • 15:35 14.07.2026
  • Oxunma sayı: 28
Azərbaycan kamandan oxatanları Avropa çempionatına yollanırlar

Azərbaycanın gənc kamandan oxatanları iyulun 20-26-da İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qitə birinciliyində Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev ölkəmizi təmsil edəcəklər.

Milli komandanın üzvləri fərdi və qarışıq komanda yarışlarında 60 və 70 metr məsafələrə atışlarda qüvvələrini sınayacaqlar.

Hazırda yığma komanda Avropa çempionatına hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

Qitə birinciliyində Azərbaycan millisinə məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcəklər.







Offside