15 iyul 2026. Çərşənbə

"Sabah"ın FIBA Çempionlar Liqasında oyun təqvimi açıqlandı


  • Offside
  • 15:00 14.07.2026
  • Oxunma sayı: 35
"Sabah"ın FIBA Çempionlar Liqasında oyun təqvimi açıqlandı

Ardıcıl ikinci mövsüm FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Sabah" basketbol klubunun qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan çempionu A qrupundakı ilk oyununu oktyabrın 6-da səfərdə Litvanın "Ritas" (Vilnüs) komandasına qarşı keçirəcək.

Lazar Spasiçin rəhbərlik etdiyi kollektiv ilk ev matçına oktyabrın 14-də çıxacaq. Paytaxt təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" klubunu qəbul edəcək. Oktyabrın 27-də isə "Sabah" Fransanın "Nanter" komandasını doğma azarkeşlər önündə sınağa çəkəcək.

Azərbaycan çempionu noyabrın 10-da səfərdə "Trabzonspor"la üz-üzə gələcək. Komanda dekabrın 9-da Fransada "Nanter"in qonağı olacaq.

Qrup mərhələsində son qarşılaşma isə dekabrın 22-də Bakıda keçiriləcək. "Sabah" bu oyunda Litvanın "Ritas" klubunu qəbul edəcək.







Offside