15 iyul 2026. Çərşənbə

Parataekvondoçularımızın dünya reytinqində mövqeləri yeniləndi


  • Offside
  • 15:49 14.07.2026
  • Oxunma sayı: 21
Parataekvondoçularımızın dünya reytinqində mövqeləri yeniləndi

Azərbaycanın parataekvondo üzrə paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Parataekvondo Federasiyasının yenilənmiş reytinqində liderliyini qoruyub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 495.75 xalla siyahının ilk pilləsində qərarlaşıb.

58 kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiadanın bürünc medalçısı Sabir Zeynalov isə iyun ayında qatıldığı iki turnirdə qazandığı qızıl medallar sayəsində reytinqini 381.15 xala yüksəldib. O, bir pillə irəliləyərək ikinci sıraya yüksəlib.

63 kiloqram çəki dərəcəsində Amin Əliyev 52.91 xalla bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb. Eyni çəkidə çıxış edən Amin Şıxalıyev 39.71 xalla 23-cü pillədə yer alıb.

80 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Cəfərov isə 45.83 xalla 24-cü sıradakı mövqeyini qoruyub.

Qadınların 47 kiloqram çəki dərəcəsində çıxış edən Səmayə Həsənova da reytinqdə irəliləyişə nail olub. O, 42.32 xalla iki pillə yüksələrək 20-ci yerə çıxıb.







Offside