- Offside
- 22:51 14.07.2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının son çempionu "Turan" heyətində daha bir futbolçunu saxlayıb.
Bu barədə 90deqiqe.Az-a Tovuz klubunun mətbuat xidmətindən məlumat verilib.
Slovakiyalı voleybolçu Barbora Kosekova ilə yeni müqavilə imzalanıb.
Razılaşmaya əsasən, təcrübəli oyunçu daha bir mövsüm "Turan"ın uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, "Turan" ötən mövsüm qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.