15 iyul 2026. Çərşənbə

Mingəçevirdə cüdoçular üçün kəmər imtahanı keçirilib


  • Offside
  • 17:14 14.07.2026
  • Oxunma sayı: 32
Mingəçevirdə cüdoçular üçün kəmər imtahanı keçirilib

Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində cüdo üzrə kəmər dərəcələrinin artırılması üçün növbəti rəsmi imtahan təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, imtahanda ümumilikdə 144 cüdoçu iştirak edib.

İdmançılar yaş qruplarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə texniki hazırlıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran cüdoçulara müvafiq kəmər və sertifikatlar təqdim edilib.

Bildirilib ki, kəmər imtahanları cüdoçuların texniki hazırlığının sistemli şəkildə inkişaf etdirilməsinə, onların motivasiyasının artırılmasına və idmançıların inkişaf prosesinin qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, kəmər dərəcələrinin əldə olunması gələcəkdə nüfuzlu ölkədaxili yarışlarda iştirak etmək üçün vacib tələblərdən biri hesab olunur.







Offside