- Offside
- 22:51 14.07.2026
Gənc oğlanlardan ibarət Azərbaycan cüdo millisi Xaçmaz rayonunun Nabran qəsəbəsində təlim-məşq toplanışına start verib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, iki həftə davam edəcək hazırlıq prosesi gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq proqramı çərçivəsində təşkil olunub.
Baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə keçirilən məşqlərdə əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Toplanış müddətində cüdoçuların dözümlülük, güc və ümumi funksional hazırlıq göstəricilərinin daha da inkişaf etdirilməsi hədəflənir. Hazırlığın Avropa çempionatında uğurlu çıxış üçün mühüm mərhələ olduğu bildirilir.