- Offside
- 01:04 16.07.2026
Almaniyanın Frankfurt şəhərində 19 yaşadək boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, U-19 millisi yarışda ümumilikdə altı medal qazanıb.
Yığmanın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq) və Sübhan Babayev (60 kq) gümüş medala layiq görülüblər.
Toğrul Quliyev (60 kq), Şahin Aslanov (65 kq) və Səftər Məmmədzadə (+90 kq) isə turniri bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan millisi Frankfurtdakı beynəlxalq turnirdə üç gümüş və üç bürünc olmaqla ümumilikdə altı medal əldə edib.