30 avqust 2026. Bazar günü

Gəncə beynəlxalq karate turnirinə ev sahibliyi edəcək


  • Offside
  • 17:26 15.07.2026
  • Oxunma sayı: 102
Gəncə beynəlxalq karate turnirinə ev sahibliyi edəcək

Gəncə şəhəri iyulun 18-19-da karate üzrə "Olimpiya Ümidləri" beynəlxalq turnirini qəbul edəcək.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda müxtəlif ölkələrdən olan karateçilərin iştirakı gözlənilir.

Bildirilib ki, turnir gənc idmançıların beynəlxalq yarış təcrübəsinin artırılmasına, eləcə də ölkələr arasında idman əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, "Olimpiya Ümidləri" beynəlxalq turnirinin təntənəli açılış mərasimi iyulun 18-də saat 17:00-da Gəncə Olimpiya İdman Sarayında keçiriləcək.







Offside