- Offside
- 01:04 16.07.2026
Azərbaycanı avrokuboklarda təmsil edəcək voleybol klublarının ilk mərhələdəki rəqibləri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparacaq qadınlardan ibarət "Turan" komandası II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 20-22-də Bakıda, cavab görüşü isə 27-29-da səfərdə keçiriləcək.
Kişilər arasında Çempionlar Liqasında çıxış edəcək "Xilasedici" komandası isə turnirə Portuqaliyanın "Sportinq" klubuna qarşı oyunla başlayacaq. İlk matçlar noyabrın 2-5-də, cavab qarşılaşmaları isə 10-12-də təşkil olunacaq.
Qadınların Çelenc Kubokunda ölkəmizi təmsil edəcək "DH Volley" Danimarkanın "Holte" komandası ilə üz-üzə gələcək. Komanda ilk oyununu oktyabrın 27-29-da doğma meydanda, cavab görüşünü isə noyabrın 3-5-də səfərdə keçirəcək.
Kişilər arasında Çağırış Kubokunda mübarizə aparacaq "Ordu"nun rəqibi isə Norveçin "Ferde" klubu olacaq. İlk qarşılaşma noyabrın 10-12-də Azərbaycanda, cavab oyunu isə 17-19-da Norveçdə baş tutacaq.