- Offside
- 18:11 16.07.2026
AFFA baş katibinin müavini Elçin Məmmədov "UEFA Akademiyası Məzunlarının Assosiasiyası" (“UEFA Academy Alumni Association”) tərəfindən təsis edilmiş Mentorluq Proqramına mentor qismində seçilib.
Bu barədə 90deqiqe.Az-a AFFA-dan məlumat verilib.
Elçin Məmmədov bu proqram çərçivəsində UEFA Akademiyasında təhsil almış məzunlarla mentor kimi çalışacaq.