- Offside
- 18:11 16.07.2026
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyununu uğurla başa vurub.
90deqiqe.Az xəbər verir ki, B Liqasının B qrupunda mübarizə aparan yığma İngiltərə millisi ilə üz-üzə gəlib. Batumi çimərlik stadionunda keçirilən qarşılaşma Azərbaycan komandasının 8:3 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Sabir Allahquliyev dörd dəfə fərqlənərək qələbənin əsas memarı olub. Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə iki qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində növbəti oyununu Slovakiyaya qarşı keçirəcək. Yığma son turda isə iyulun 17-də Latviya millisi ilə qarşılaşacaq.