- Offside
- 18:11 16.07.2026
"İmişli" Futbol Klubu yeni mövsüm öncəsi loqosunu ictimaiyyətə təqdim edib.
90deqiqe.Az xəbər verir ki, yeni emblemin təqdimatı klubun gələcək planları və inkişaf strategiyasına həsr olunan mətbuat konfransı çərçivəsində baş tutub.
Loqoda yer alan pələng güc, cəsarət və sarsılmaz iradəni, qalxan isə müdafiə, birlik və komanda ruhunu simvolizə edir. Emblemdə istifadə olunan göy rəng Araz çayını və dərinliyi, qızılı rəng isə məhsuldarlıq, uğur və dəyəri ifadə edir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027-ci il mövsümünə avqustun 14-də start veriləcək.