- Offside
- 18:11 16.07.2026
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 20-də avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq.
90deqiqe.Az xəbər verir ki, yarış Bakı Bulvarında keçiriləcək. Çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançının iştirakı gözlənilir.
Avarçəkənlər akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak yarışlarında isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə mübarizə aparacaqlar. Turnirin proqramına ilk dəfə qarışıq (mix) yarışlar da daxil edilib.
Bildirilib ki, açıq Bakı çempionatının əsas məqsədi idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək, onların yarış təcrübəsini artırmaq və sağlam rəqabət mühitini gücləndirməkdir.