- Offside
- 18:11 16.07.2026
Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı ictimaiyyətə təqdim edilib.
90deqiqe.Az xəbər verir ki, videoda Azərbaycanın tanınmış cüdoçuları yer alıblar. Tanıtım çarxında milli komandamızın mötəbər beynəlxalq turnirlərdə qazandığı uğurlar, yaddaqalan qələbələr və gərgin döyüş anlarından görüntülər əks olunub.
Hazırlanan videoçarx dünya çempionatının ab-havasını əks etdirməklə yanaşı, Azərbaycanın cüdo ənənələrini və bu idman növündə qazandığı nailiyyətləri də ön plana çıxarır.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda keçiriləcək.