16 iyul 2026. Cümə axşamı

Hassani Qravett "Sabah"la yollarını ayırdı


  • Offside
  • 12:32 16.07.2026
  • Oxunma sayı: 39
Hassani Qravett "Sabah"la yollarını ayırdı

Azərbaycan çempionu "Sabah" basketbol komandasında növbəti ayrılıq rəsmiləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi amerikalı basketbolçu Hassani Qravettlə yollarını ayırıb. Oyunçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qravett "Sabah"ın heyətində çıxış etdiyi müddətdə uğurlu performansı ilə diqqət çəkib. O, iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu (MVP) seçilib.

Qeyd edək ki, Hassani Qravett "Sabah"ın son illərdə qazandığı uğurlarda mühüm pay sahibi olan basketbolçulardan biri kimi yadda qalıb.







Offside