16 iyul 2026. Cümə axşamı

Elnur Məmmədli Hidayət Heydərovun çəki dəyişikliyinə aydınlıq gətirdi


  • Offside
  • 12:52 16.07.2026
  • Oxunma sayı: 39
Elnur Məmmədli Hidayət Heydərovun çəki dəyişikliyinə aydınlıq gətirdi

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı cüdosevərlər üçün əsl idman bayramı olacaq.

90deqiqe.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli dünya çempionatına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Federasiya rəsmisi Olimpiya çempionu Hidayət Heydərovun 81 kiloqram çəki dərəcəsində çıxış etməsi ilə bağlı məsələyə də münasibət bildirib.

"Biz Hidayətə 81 kiloqram çəki dərəcəsində özünü sınamaq üçün şans verdik. Gördük ki, o, bu çəkidə də uğurla güləşə bilir. Lakin bu, onun 81 kiloqramda qalacağı anlamına gəlmir. Hidayət növbəti yarışlarda yenidən əsas çəki dərəcəsi olan 73 kiloqramda çıxış edəcək", – deyə Elnur Məmmədli vurğulayıb.

Vitse-prezident zədəli cüdoçu Elcan Hacıyevin son durumu barədə də məlumat verib.

"Elcan əməliyyat olunmuşdu. Təəssüf ki, təlim-məşq toplanışı zamanı çiynindən yenidən zədə aldı. Hazırda isə məşqlərə qayıdıb", – o bildirib.

Elnur Məmmədli dünya çempionatı üçün milli komandanın yekun heyətinin formalaşdırılması meyarlarına da toxunub. Onun sözlərinə görə, seçim zamanı Dünya Cüdo Turunda qazanılan nəticələr, idmançıların reytinqi və məşq prosesində göstərdikləri performans əsas götürülür. Yekun qərar isə məşqçilər heyətinin müzakirəsindən sonra qəbul edilir.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda keçiriləcək.







Offside