30 avqust 2026. Bazar günü

Mariana Vasileva Azərbaycan Atletika Federasiyasında yüksək vəzifəyə təyin olundu


  • Offside
  • 14:20 16.07.2026
  • Oxunma sayı: 121
Mariana Vasileva Azərbaycan Atletika Federasiyasında yüksək vəzifəyə təyin olundu

Azərbaycan Atletika Federasiyasında (AAF) yeni kadr təyinatı gerçəkləşib.

Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, AAF prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə keçirilən iclasda mühüm qərar qəbul olunub.

Qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.

Bildirilib ki, təyinat federasiyanın rəhbər heyətində aparılan yenilənmə və idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar çərçivəsində həyata keçirilib.







Offside