- Offside
- 23:21 17.07.2026
Mətbuatda "Red Bull" pilotu, dördqat dünya çempionu Maks Verstappenin gələcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
90deqiqe.Az xəbər verir ki, Verstappenin atası Yos Verstappen və meneceri Raymond Vermülen Belçika Qran-prisi zamanı "Maklaren"in motorhomuna baş çəkiblər. Bu görüş Maks Verstappenin mümkün transferi ilə deyil, 15 yaşlı belçikalı gənc pilot Dris van Langendonkla bağlı olub.
Bildirilir ki, yaxın vaxtlarda Verstappen Racing layihəsinin üzvü elan edilən Van Langendonk bundan sonra "Maklaren"in gənc pilotların inkişaf proqramında qalmaqla yanaşı, Ferstappenin menecer heyətinin də rəhbərliyi altında fəaliyyət göstərəcək.
Məqalədə qeyd olunur ki, Yos Verstappen və Raymond Vermülenin "Maklaren"ə səfəri yalnız bu əməkdaşlıq və gənc pilotun inkişaf planı ilə əlaqədar idi.
Həmçinin vurğulanıb ki, görüş zamanı Maks Verstappenin gələcəyi müzakirə edilməyib. Buna görə də "Maklaren"in əsas pilotlarından Oskar Piastrinin komandadakı mövqeyi ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur.