18 iyul 2026. Şənbə

Azərbaycanın U-20 millisi Avropa çempionatında geridönüşlə qalib gəldi


  • Offside
  • 07:48 18.07.2026
  • Oxunma sayı: 51
Azərbaycanın U-20 millisi Avropa çempionatında geridönüşlə qalib gəldi

Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda təsnifat mərhələsinin ilk görüşündə İsveçrə millisi ilə üz-üzə gəlib.

Oyunda hesabda geri düşməsinə baxmayaraq, əzmkar geridönüşə imza atan Azərbaycan millisi qarşılaşmanı 72:66 hesablı qələbə ilə başa vurub.

Komandamızın heyətində Derin Berkoz parlaq çıxışı ilə seçilib. O, 25 xal, 6 assist və 5 ribaundla matçın ən məhsuldar basketbolçusu olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyulun 18-də keçirəcək. Yığmamız Danimarka - Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.







Offside