18 iyul 2026. Şənbə

Ölkədə "Sağlam məhəllə"lərin sayı 25-ə çatdı


  • Offside
  • 10:59 18.07.2026
  • Oxunma sayı: 36
Ölkədə "Sağlam məhəllə"lərin sayı 25-ə çatdı

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində daha üç idman zonası istifadəyə verilib.

90deqiqe.Az xəbər verir ki, yeni "Sağlam məhəllə"lər iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə sakinlərin istifadəsinə təqdim olunub.

Gənclər və İdman Nazirliyinin məlumatına görə, idman zonalarında minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, eləcə də açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.

Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman meydançalarında məşq edən uşaqlar və məhəllə sakinləri ilə görüşərək onlarla söhbət edib.

Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 "Sağlam məhəllə" layihəsi reallaşdırılıb.







Offside