- Offside
- 12:21 18.07.2026
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) qrup mərhələsində son oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, B Liqasının B qrupunda mübarizə aparan yığmamız Latviya millisi ilə üz-üzə gəlib.
Batumi çimərlik arenasında keçirilən qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin heyətində hər iki qolu Orxan Məmmədov vurub.
Bu məğlubiyyətə baxmayaraq, qrupu ikinci pillədə başa vuran yığmamız pley-off mərhələsinə vəsiqə qazanıb. Azərbaycan millisi növbəti mərhələdə Norveç seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz qrupun ilk iki oyununda İngiltərəni 8:3, Slovakiyanı isə 4:2 hesabı ilə məğlub etmişdi.