- Offside
- 17:18 23.11.2024
UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə son oyununa çıxıb.
Corner.az-ın məlumatına görə Belçikanın “De Bres Arena”sında Ukraynanın “Xerson” klubu ilə qarşılaşma rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində İsa Atayev və Xətai Bağırov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.
Komandamız qrupda keçirdiyi ilk iki matçda “Halle Gooik”ə (Belçika) 1:5, “Benfika”ya (Portuqaliya) isə 0:7 hesabı ilə məğlub olmuşdu. Azərbaycan çempionu son görüşdə də uduzub və ÇL-lə vidalaşıb.
12 oktyabr
“Xerson” (Ukrayna) – “Araz” (Azərbaycan) - 8:3
Qollar: R.David, 08:24, 25:44, İ.Korsun, 09:43, L.Lanko, 18:30, P.Şoturma, 22:22, 39:24, M.Bilotserkivets, 23:26; 30:01 - M.Zavriç, 04:04-avtoqol, İ.Atayev, 29:52, X.Bağırov, 39:05.