- Offside
- 21:23 18.07.2026
Rumıniyada Avropa Şahmat İttifaqının (ECU) rəhbər orqanlarına seçkilər keçirilib.
90deqiqe.Az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, təşkilatın hazırkı prezidenti Zurab Azmayparaşvili növbəti dörd il müddətinə yenidən bu vəzifəyə seçilib.
Daha sonra vitse-prezident postu uğrunda keçirilən seçkilərdə Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib.
Bildirilib ki, təşkilatda ümumilikdə üç vitse-prezident fəaliyyət göstərəcək.
Qeyd edək ki, seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.