19 iyul 2026. Bazar günü

"Neftçi SOCAR" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi


  • Offside
  • 21:23 18.07.2026
  • Oxunma sayı: 46
"Neftçi SOCAR" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, "ağ-qaralar" əsas mərhələnin A qrupunda keçirdiyi oyunlarda uğurlu nəticə əldə edərək növbəti raunda yüksəlib.

Komanda Çexiyanın "Praqa" kollektivini 18:14 hesabı ilə məğlub edib. Ardınca Litva millisinə 16:21 hesabı ilə uduzsa da, qrupdan çıxmağı bacarıb.

Azərbaycan milli komandası isə seçmə mərhələnin B qrupunda çıxışını erkən başa vurub. Yığmamız Benin üzərində 21:3 hesablı inamlı qələbə qazansa da, Braziliyaya 9:19 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə iyulun 19-da yekun vurulacaq.







Offside