19 iyul 2026. Bazar günü

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı


  • Offside
  • 22:44 18.07.2026
  • Oxunma sayı: 67
Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında keçirilən beynəlxalq turnir Azərbaycan millisinin uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, beş ölkənin qatıldığı yarışda yığmamız ümumilikdə 13 medal qazanıb. Millimizin aktivində 5 qızıl, 6 gümüş və 2 bürünc medal yer alıb.

Bütün rəqiblərini məğlub edən Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Yusif Həsənli (66 kq) və Şükar Əliyev (80 kq) turnirin qalibi olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Vaqif Məhəmmədli (50 kq), Qardaş Rəhimov (54 kq), Əli Camalzadə (57 kq), Yusif Ağakişiyev (75 kq), Saleh Fərəcov (80 kq) və Mehran Rəsulov (+80 kq) gümüş medala layiq görülüblər.

Aydın Şahbazov (46 kq) və Sabir Rüstəmov (60 kq) isə turniri bürünc medalla başa vurublar.







Offside