19 iyul 2026. Bazar günü

İsmayıllıda U-17 yığmaları üçün təlim-məşq toplanışı keçirilir


  • Offside
  • 03:02 19.07.2026
  • Oxunma sayı: 38
İsmayıllıda U-17 yığmaları üçün təlim-məşq toplanışı keçirilir

Azərbaycanın 17 yaşadək oğlan və qızlardan ibarət şose velosipedi üzrə yığma komandaları İsmayıllıda təlim-məşq toplanışına start veriblər.

90deqiqe.Az xəbər verir ki, iyulun 15-dən 30-dək davam edəcək hazırlıq prosesi məşqçi Elgün Əlizadənin rəhbərliyi ilə keçirilir.

Toplanışın əsas məqsədi gənc velosipedçilərin fiziki və texniki hazırlıq səviyyəsinin yüksəldilməsi, komanda daxilində əməkdaşlığın təkmilləşdirilməsi və qarşıdakı yarışlara daha yaxşı hazırlaşmaqdır.

Dağlıq relyefi və əlverişli məşq şəraiti ilə seçilən İsmayıllıda təşkil olunan hazırlıq proqramı çərçivəsində idmançılar gündəlik məşqlərlə yanaşı, dözümlülük, taktiki hazırlıq və bərpa proseslərini də əhatə edən məşqlər keçəcəklər.







Offside