20 iyul 2026. Bazar ertəsi

Bakıda Baku SUP Fest uğurla başa çatdı


  • Offside
  • 22:48 19.07.2026
  • Oxunma sayı: 43
Bakıda Baku SUP Fest uğurla başa çatdı

 Azərbaycan Su İdman Növləri Federasiyası və Windsurfing Baku-nun birgə təşkilatçılığı ilə Şıxov çimərliyində keçirilən Baku SUP Fest uğurla yekunlaşıb.

90deqiqe.Az xəbər verir ki, Ramada by Wyndham Baku hotelinin ərazisində təşkil olunan festival yay mövsümünün ən rəngarəng su idmanı tədbirlərindən biri kimi iştirakçılara həm idman həyəcanı, həm də əyləncəli anlar yaşadıb.

Festival proqramı çərçivəsində SUP (Stand Up Paddle) yarışları, canlı DJ çıxışı, foto zonaları və müxtəlif əyləncə proqramları təşkil olunub.

Yarışlarda həvəskar və peşəkar idmançılar iştirak edərək SUP üzrə bacarıqlarını nümayiş etdiriblər. Qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin əsas məqsədinin su idman növlərinin inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağın artırılması olduğu bildirilib. Qeyd olunub ki, gələcəkdə də bu formatda festivalların keçirilməsi planlaşdırılır.







Offside