- Offside
- 21:46 20.07.2026
Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edərək ümumilikdə 33 medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Bildirilib ki, milli komanda yarışın ilk günündə 7 medal əldə etmişdisə, sonrakı çıxışlarda daha 26 mükafata sahib çıxaraq turniri ümumilikdə 33 medalla başa vurub.
Azərbaycan üzgüçüləri üçün daha bir uğurlu nəticə Belarusda qeydə alınıb. Belə ki, yığmanın üzvü Fatimə Alkərəmova Minskdə keçirilən Belarus Açıq Üzgüçülük Kubokunda bürünc medal qazanıb.
İdmançı qarışıq üsulla 400 metr məsafəyə üzmə yarışında finişə 5:11.93 nəticə ilə çataraq üçüncü yeri tutub.