- Offside
- 21:46 20.07.2026
Azərbaycan avarçəkənləri Macarıstanın Seqed şəhərində keçiriləcək kayak və kanoe üzrə gənclər, eləcə də 23 yaşadək idmançılar arasında Avropa çempionatında iştirak edəcəklər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, qitə birinciliyində Azərbaycanı ümumilikdə dörd idmançı təmsil edəcək. Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe yarışlarında isə Hüseyn Səmədli və Tatyana Smilovenko mübarizə aparacaqlar.
Qeyd edək ki, kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatı iyulun 23-dən 26-dək Macarıstanın Seqed şəhərində keçiriləcək.