- Offside
- 21:46 20.07.2026
Bakıda iyulun 25-26-da Avropa Cüdo Ümidləri Turniri keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu qüvvəsini sınayacaq. İştirakçılar arasında 281 oğlan, 48 qız idmançı yer alacaq.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə cüdoçular U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Bundan əlavə, iyulun 24-26-da yarış iştirakçıları üçün texniki seminarlar təşkil olunacaq. Seminarlar Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı və üçqat dünya çempionu Misato Nakamura, həmçinin Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə keçiriləcək.