- Offside
- 21:46 20.07.2026
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un növbəti yoxlama görüşündə qarşılaşacağı rəqib bəlli olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv iyulun 27-də Türkiyə Super Liqasının təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gələcək.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə keçirdiyi ilk yoxlama oyununda İranın U-21 millisi ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.