- Offside
- 21:46 20.07.2026
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 24-də Qazax şəhərində avarçəkmə tədbiri təşkil olunacaq.
90deqiqe.Az xəbər verir ki, 2026-cı il üçün ölkənin idman paytaxtı seçilən Qazaxda baş tutacaq tədbir Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində keçiriləcək.
Proqram çərçivəsində idmançılar akademik avarçəkmə, kayak və kanoe qayıqlarında nümunəvi çıxışlarla bacarıqlarını nümayiş etdirəcəklər.
Bundan başqa, şəhər sakinləri və qonaqlar peşəkar məşqçilərin nəzarəti altında həvəskar qayıqlarda avarçəkməni sınaqdan keçirmək imkanı əldə edəcəklər.
Tədbirin əsas məqsədi regionlarda su idman növlərinin inkişafına dəstək vermək, yeniyetmə və gənclərin avarçəkməyə marağını artırmaq, eləcə də sağlam həyat tərzini təşviq etməkdir.