21 iyul 2026. Çərşənbə axşamı

Naxçıvanda Beynəlxalq Şahmat Gününə həsr olunan turnir keçirildi


  • Offside
  • 21:25 20.07.2026
  • Oxunma sayı: 33
Naxçıvanda Beynəlxalq Şahmat Gününə həsr olunan turnir keçirildi

Naxçıvan Şahmat Mərkəzində 20 İyul – Beynəlxalq Şahmat Gününə həsr olunmuş tempo şahmat turniri təşkil edilib.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qrupları üzrə ümumilikdə 62 şahmatçı mübarizə aparıb.

İsveçrə sistemi üzrə 7 turdan ibarət olan turnirin yekununda Hüseyn Qənbərli 6,5 xal toplayaraq birinci yeri tutub.

Aktivində 6 xal olan şahmatçılar arasında əmsal göstəricisinə əsasən Rəvan Məmmədov ikinci, Fərəməz Quliyev isə üçüncü pillədə qərarlaşıb.

Yarış çərçivəsində yaş kateqoriyaları üzrə də qaliblər müəyyənləşib. Belə ki, 14 yaşlılar arasında Ələkbər Ələkbərli, 12 yaşlılarda Oğuz Qəribli, 10 yaşlılarda Uğur Qəribli, 8 yaşlılarda isə Tuncay Behbudlu fərqlənib. Müxtəlif nominasiyalar üzrə seçilən iştirakçılar da mükafatlandırılıblar.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Beynəlxalq Şahmat Gününü qeyd etmək, şahmatçılar arasında rəqabət mühitini gücləndirmək və onların yarış təcrübəsini artırmaq olub.







Offside