22 iyul 2026. Çərşənbə

"Turan" Azərbaycan millisinin voleybolçusunu transfer etdi


  • Offside
  • 17:16 21.07.2026
  • Oxunma sayı: 44
"Turan" Azərbaycan millisinin voleybolçusunu transfer etdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan" voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, klub Azərbaycan millisinin liberosu Ceyran İmanovanı transfer edib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli voleybolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ceyran İmanova son olaraq "DH Volley Baku" klubunun formasını geyinib. O, yeni mövsümdə "Turan"ın uğurları üçün mübarizə aparacaq.







Offside