22 iyul 2026. Çərşənbə

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində oyun təqvimi açıqlandı


  • Offside
  • 17:22 21.07.2026
  • Oxunma sayı: 38
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində oyun təqvimi açıqlandı

Futzal üzrə 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin oyun cədvəli müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Məlumata görə, XII qrupda yer alan yığmamız seçmə mərhələdə ilk oyununu oktyabrın 16-da səfərdə Çexiya millisinə qarşı keçirəcək.

Azərbaycan millisi növbəti görüşünü noyabrın 5-də doğma meydanda yenidən Çexiya yığmasına qarşı oynayacaq. Komandamız bundan üç gün sonra – noyabrın 8-də Latviyanı qəbul edəcək.

Yığmanın qrup mərhələsindəki son qarşılaşması isə 2027-ci il fevralın 27-də səfərdə Latviya millisinə qarşı baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsində XII qrupda Çexiya və Latviya yığmaları ilə mübarizə aparacaq.







Offside