- Offside
- 00:39 22.07.2026
Gənclər və idman naziri Fərid Qayıbovun idman komitələri və federasiyalarının nümayəndələri ilə 27-ci görüşü Xankəndi şəhərində keçirib.
Azərbaycan Deflimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Qarabağ Universitetinin akt zalında təşkil olunan görüşdə nazir iştirakçıları salamlayaraq son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Görüş zamanı Məktəblilərin Respublika İdman Olimpiadası, “Çempionların axtarışındayıq – sən də qoşul!” layihəsi, döyüş idman növləri üzrə ölkə daxilində birgə yarışların təşkili, idman federasiyalarının akkreditasiya qaydaları, eləcə də fəxri adların verilməsi meyarları ilə bağlı məsələlər geniş müzakirə olunub.
Tədbirdə Azərbaycan Deflimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asxab Kalayev və Komitənin əməkdaşı Heydər Rəhimli iştirak ediblər.