- Offside
- 00:39 22.07.2026
Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, yarış avqustun 3-dən 11-dək Qusar Olimpiya-İdman Kompleksində təşkil olunacaq.
Olimpiadaya hazırlıq çərçivəsində Qusar Rayon İcra Hakimiyyətində təşkilati məsələlərə həsr olunan görüş keçirilib.
Toplantıda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı yarışın yüksək səviyyədə təşkili, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, logistika və digər təşkilati məsələlər ətrafında fikir mübadiləsi apa